Ağır yol qəzasında ölənlərdən biri BDU-nun tələbəsi olub - FOTO

Avtosfer Foto 18 Fevral 2018 23:13 Oxunub 1667
Ağır yol qəzasında ölənlərdən biri BDU-nun tələbəsi olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı mikroavtobusla qaldırıcı kran toqquşub

Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş dəhşətli yol qəzası zamanı ölən şəxslərdən biri Bakı Dövlət Universitetinin tələbəsi olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu şəxs BDU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Masallı rayon sakini Qardaşov Asif Vaqif oğludur. Məlumata görə, A. Qardaşovun digər qardaşı da keçən il baş vermiş yol qəzasının qurbanı olub.

Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunda mikroavtobusla qaldırıcı kranın toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh