Xaçmazda 3 nəfər öldü - "Kamaz" və "VAZ" toqquşub

Qəzalar 18 Fevral 2018 23:17 Oxunub 2413
Xaçmazda 3 nəfər öldü - "Kamaz" və "VAZ" toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yük və minik maşınlarının toqquşması nəticəsində 2 nəfər ölüb

Xaçmaz rayonunun Ağyazı Buduğ kəndində "KamaAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub. Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 2 nəfər sərnişinin (şəxsiyyətləri məlum deyil) cəsədini deformasiyaya uğramış minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfərdən biri dünyasını dəyişib. APA-nın verdiyi məlumata görə, xəsarət alan "VAZ 2106"-nın sürücüsü, 1973-cü il təvəllüdlü Elçin Əliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Beləliklə, yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh