Gəncə-Şəmkir yolunda piyada vuruldu

Qəzalar 7 May 2014 14:40 Oxunub 1596
Gəncə-Şəmkir yolunda piyada vuruldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həkimlər yaralının vəziyyətini orta ağır qiymətləndirirlər

Ötən gecə 21:30 radələrində Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. ANS press-in xəbərinə görə, 57 yaşlı Nazim İsmayılov Gəncə-Şəmkir yolunun başlanğıcında yolu keçmək istəyərkən 28 yaşlı sürücü Orxan Nadirovun idarə etdiyi “İsuzu” markalı avtomobilin qarşısına çıxıb və xəsarət alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh