FHN Bakı-Qazax yolundakı qəza ilə bağlı məlumat yayıb - 1 ölü

Qəzalar 18 Fevral 2018 23:19 Oxunub 852
FHN Bakı-Qazax yolundakı qəza ilə bağlı məlumat yayıb - 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının su kanalına düşməsi nəticəsində sürücü boğularaq ölüb

Fövqəladə Hallar Nazirliyi bu gün axşam saatlarında Bakı-Qazax yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Avtosfer.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Yeniyol kəndində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Rayon icra hakimiyyəti tərəfindən cəlb olunan avtokran vasitəsi ilə avtomobil kanaldan çıxarılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-cı il təvəllüdlü Hümmətzadə Oruc Möhbala oğlunun cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh