Azərbaycanın əməkdar artisti qaydaları belə pozdu – VİDEO
Avtoreyd 19 Fevral 2018 10:32 3306 dəfə oxunub
Azərbaycanın əməkdar artisti qaydaları belə pozdu – VİDEO
Öz videosunu yayan Abbas Bağırov bununla cəmiyyətə pis nümunə olur

Azərbaycanın əməkdar artisti, sevilən müğənnilərdən olan Abbas Bağırov yolda intizamsızlıq edib və bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Avtosfer.az xəbər verir ki, müğənni, bacısı uşağını avtomobilin ön oturacağında otuzduraraq onunla bəzi dialoqlarını videoya çəkib. Videodan məlumdur ki, ön oturacaqda oturan uşaq 12 yaşdan aşağıdır. Bizim qanunvericilik isə 12 yaşdan aşağı olan uşaqların ön oturacaqda yalnız xüsusi uşaq kreslosu ilə oturmasına icazə verir. 

Bundan əlavə müğənni, avtomobilin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə edir.

İctimaiyyət arasında məşhurluq qazanmış bu cür şəxslər ilk növbədə qaydaları pozmamalıdır və öz hərəkətləri ilə cəmiyyətə nümunə olmaldırlar.

 

Emin

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh