Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı - VİDEO

Xəbərlər 18 Fevral 2018 23:58 Oxunub 1422
Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür axtarılır

Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Avtosfer.az xəbər verir ki, Göygöl rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür ki, axtarılır. Qayınatası bildirib ki, gəlinini saç feni almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksi ilə uzaqlaşdığını görüb. Gəlinin qayınanasının sözlərinə görə, Asiya oğlu Royal Bayramovla öz istəyi ilə ailə qurub. Evi tərk edənə qədərsə, münasibətlərində heç bir problem olmayıb.

 Elə qızın valideyinləri də məsələnin hansı səbəbdən baş verdiyini bilmir. Ailə itən gəlin üçün çox böyük narahatlıq keçirir. Qayınatası hətta onun tapılmasına kömək edəcək şəxsə mükafat da vəd edib.

 Qeyd edək ki, məsələ ilə baglı Göygöl rayon hüquq-mühafizə orqanlarına da müraciət edilib, araşdırılma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh