Bu da polisin vətdanşada bir sevinc payıdır - FOTO

Yol polisi 19 Fevral 2018 00:22 Oxunub 1488
Bu da polisin vətdanşada bir sevinc payıdır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN əməkdaşları səyyar xidmətlə şəxsiyyət vəsiqələrini dəyişir

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Binəqədi RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşlarının bu dəfə Biləcəri qəsəbəsinə gəlişinin səbəbi də elə bu məqsədə - bir tərəfdən vətəndaş məmnunluğunu təmin etmək, digər tərəfdən bu vacib sənədin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirməyə xidmət edirdi.

Biləcəri Bələdiyyəsinin inzibati binasında keçirilən tədbir zamanı 72 nəfərin müvafiq sənədləri qəbul edildi. Qeyd edək ki, şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edənlərdən 5 nəfəri azyaşlı idi. Müraciət edənlərin qan qrupunu müəyyən etmək üçün 15 saylı Poliklinikanın tibb işçiləri də gəlmişdilər. 

Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları bu cür tədbirlərin digər qəsəbələrdə də keçiriləcəyini bildirdilər.   

 

Hafiz Təmirov,

DİN Mətbuat Xidmətinin əməkdaşı 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh