Yol polisi mal-qaraya görə qəzaya düşən sürücülərin xeyrinə VİDEO hazırladı

Yol polisi 19 Fevral 2018 11:54 Oxunub 4693
Yol polisi mal-qaraya görə qəzaya düşən sürücülərin xeyrinə VİDEO hazırladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mala-qara ötürərkən qayda pozanları 100 manatadək cərimə məhkəməyə gözləyir

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında mal-qara ötürülməsi ilə bağlı təbliğat xarakterli sosial çarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, sosial çarx mal-qaranın necə və hansı şəraitdə yoldan ötürülməsi,həmçinin onun məsuliyyəti ilə bağlıdır. «Yol hərəkəti haqqında» qanunun 39-cu maddəsində qeyd olunub ki,Mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər. Sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər.

Mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Bu qaydaların pozulmasına görə mal-qara ötürən şəxslər 40, sərxoş vəziyyətdə törədildikdə 70, xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkmiş şəxsə maddi ziyan vurulduqda isə 80 manatdan 100 manatadək məbləğdə cərimə edilirlər.

Qəzalar maddi zərər vurulması ilə nəticələndikdə mal-qara ötürən şəxslər inzibati məsuliyyətə cəlb edilməklə yanaşı, nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə baxılması üçün sürücü tərəfindən məhkəməyə müraciət edilir.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh