Keçid olmayan yerdən yolu keçən oğlanı maşın vurub - Bakıda

Qaydalar 19 Fevral 2018 02:08 Oxunub 1385
Keçid olmayan yerdən yolu keçən oğlanı maşın vurub - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən sürücü saxlanılıb

Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1994-cü il təvəllüdlü Nəsirov Nurlan Mikayıl oğlu Həsən Əliyev küçəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən, onu minik avtomobili vurub. Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları faktla əlaqədar olaraq hadisəni törədən sürücünü saxlayıb.

 

"Report"

ŞƏRH YAZ
Ad

E-mail

Şərh