Yolu keçmək istəyən qadını minik avtomobili vurub

Qəzalar 19 Fevral 2018 09:02 Oxunub 681
Yolu keçmək istəyən qadını minik avtomobili vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, 1978-ci il təvəllüdlü Kərimova Mətanət Vaqif qızı Babək prospektində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh