Salyanda sərnişin mikroavtobusu ilə avtokran toqquşub - VİDEO

Qəzalar 19 Fevral 2018 10:50 Oxunub 686
Salyanda sərnişin mikroavtobusu ilə avtokran toqquşub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır

Salyanda mikroavtobusun qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib, daha 2 nəfər isə xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi “Bakelektro” ASC-yə məxsus "Toyota" markalı avtokran toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - Masallı rayon sakinləri, 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu və 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı  hadisə yerində dünyasını dəyişib. 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov isə xəsarətlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qəzada dünyasını dəyişən Asif Qardaşov BDU-nun 1-ci kurs tələbəsi imiş. Onun qardaşının da keçən il avtoqəzada həyatını itirdiyi deyilir. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh