Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni xilas etdilər – Ağdaşda - VİDEO

Yol polisi 19 Fevral 2018 12:39 Oxunub 54656
Yol polisləri özlərini suya atıb ana və 6 aylıq körpəni xilas etdilər – Ağdaşda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes”in suya düşdüyünü görən YPX əməkdaşları maşındakıları xilas etmək üçün özlərini kanala atıblar

Xəbər verdiyimiz kimi, dünən Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb. Hadisə Bakı-Qazax yolunun 259-cu kilometrliyində - Ağdaş rayonu Aşağı Ləki kəndindən keçən hissəsində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, ana və azyaşlı uşağı yol polisi əməkdaşları xilas edib. Belə ki, axşam saat 18:30 radələrində 99 YP 882 dövlət nomrə nişanlı patrul avtomobili ilə xidmət aparan Ruslan Həsənov və Natiq Hüseynov Bakıdan Gəncə istiqamətinə hərəkət edərkən idarəetməni itirərək təxminən yoldan 40-50 metr aralıda su kanalına düşən “Mercedes” markalı avtomobili görüblər. Bakı istiqamətində hərəkətdə olduqları üçün tez avtomobili saxlayaraq yolun ayırıcı dəmir hissələrindən keçən inspektorlar hadisə yerinə qaçıblar. Təxminən 19-20 yaşlarında bir qadın və qucağındakı 6 aylıq körpəsinin kanala düşən avtomobilin içində köməksiz vəziyyətdə qaldığının şahidi olan YPX əməkdaşları tez kanala girərək avtomobilin qapısını açıb və qadınla uşağı xilas ediblər. Qadın boğulmaq üzrə imiş. Körpəsini isə yuxarı qaldıraraq boğulmaqdan xilas edən ananı son anda yol polisləri maşından çıxara biliblər.

Yenidən hadisə yerinə qayıdan polislər sol yanı üstə düşmüş və yarıyadək lilə batmış avtomobildə qalan sürücünün boğularaq öldüyünü görüblər.

YPX əməkdaşları körpə və anasını təcili olaraq başqa bir avtomobilə əyləşdirərək xəstəxanaya çatdırılmasını təmin ediblər. Nəticədə ana və uşaq salamat qalıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ana və qızını xilas edən yol polisi əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-cı tağımının əməkdaşlarıdır. 8-ci tağımın komandiri, polis mayoru Etibar İbrahimov bildirdi ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün olmazdı.

Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsi ilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü - Oruc Hümmətzadənin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Rasid 22 Fevral 2018 20:59
Allah sizen razi yol polisleri
Sahin 20 Fevral 2018 08:30
Baska vaxt Azerbaycan polisini pisleyirsiz tehqir edirsiz cerime yazanda vetandasla pis danisanda bawlayirsiz olmuyan sozleri polislere demeye ama qaldiki qehramliq edib vetandasi qutaranda polisi qehraman edirsiz olmaz ki ele her daim Azerbaycan polisini oz gozunuzde qehraman edesiz.nece deyibler xalqin gozu terezidi ama bezi seylerde xalqin gozu korlasir hecneyi gormey istemir menle razilasan olar mence Azerbaycan polisi gece gunduz dayanmadan iwleyir sencerde eskerlerimiz dayanir siz rahat evlerinizde yata bilirsizse esker ve polislerimiz sayasindedi
Yashar Majidov 19 Fevral 2018 18:23
Vətən və xalğ qarşısında hər an öz vəzifə borcların ləyaqətlə yerinə yetirən layiqətli polis əməkdaşları, həmişə xalğın isti sevgisini duyacaqlar! Əhsən Sizə!
Yashar Majidov 19 Fevral 2018 18:17
Çiynində vətən ulduzu və papaqlarında vətən qerbi olan fədakar polis əməkdaşlarına eşq olsun!
Valeh Məmmədov 19 Fevral 2018 17:16
Allah köməkləri olsun mərd insanlar hər yerdə olduğu kimi polis sıralarında da çoxluq təşkil edir. Bir vətəndaş olaraq onlara təşəkkür edirəm sağ olsunlar!Allah etdikləri yaxşılıqlarını qarşılarına çıxarsın !
Ədalət 19 Fevral 2018 14:44
Halal olsun onlara gəlin hamımız əhsən deyək.