Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisinə 150 milyon manat ayrılıb

Gündəm 20 Fevral 2018 01:08 Oxunub 854
Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisinə 150 milyon manat ayrılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh