Məşhur şirkətin müdirinin sürücüsü sükan arxasında öldü - Bakıda - VIDEO

Gündəm 20 Fevral 2018 01:18 Oxunub 4418
Məşhur şirkətin müdirinin sürücüsü sükan arxasında öldü - Bakıda - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svetoforda dayanan “Lexus”un sürücüsü ürək tutmasından vəfat edib

Fevralın 19-da, saat 16-40 radələrində Səbail rayonu, Teymur Elçin küçəsində ölüm hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, nömrə nişanı 090 olan “Lexus” markalı avtomobilin sürücüsü sükan arxasında qəflətən keçinib. Hadisə baş verərkən avtomobil Teleteatrın qarşısındakı svetoforun qırmızı işığında dayanmış halda olub. Yaşıl işıq yananda avtomobilin yerindən tərpənmədiyini görən digər sürücülər bu barədə yaxınlıqda xidmət aparan yol polislərinə məlumat veriblər. DYP əməkdaşları avtomobilə yaxınlaşdıqda sürücünün sükan arxasında öldüyünü görüblər. Hadisə yerinə Səbail rayon Polis İdarəsinin əməkdaşları, ekspertlər və həkimlər dəvət olunub. İlkin müayinə zamanı məlum olub ki, sürücü sükan arxasında ürək tutmasından vəfat edib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs “Aquavita” şirkətinin müdirinin sürücüsü imiş.

Faktla bağlı araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh