Bakıda kişi meyiti tapılıb - Tanıyanlar 102-yə zəng etsin - FOTO

Gündəm 20 Fevral 2018 01:28 Oxunub 1643
Bakıda kişi meyiti tapılıb - Tanıyanlar 102-yə zəng etsin - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var

Bu gün Səbail rayonunun Nizami küçəsindəki yaşayış binalarının birinin həyətində, təxminən, 25-30 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 160-170 santimetr, arıq bədən quruluşlu, qara saçlı, gözlərinin rəngi qaradır. Sağ biləyində 5 ədəd nöqtə şəkli olan döymə var. Əynində göy rəngli gödəkçə, mavi rəngli cins şalvar, ağ zolaqları olan qara rəngli idman ayaqqabısı var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 332-32-38, (051) 409-28-89 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh