Qanunsuz qızıl zərgərlik məmulatı aşkarlandı - "Sınıq Körpü" postunda

Gündəm 20 Fevral 2018 11:14 Oxunub 688
Qanunsuz qızıl zərgərlik məmulatı aşkarlandı - "Sınıq Körpü" postunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib. DGK-dən Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh