İki piyada avtomobillə vurulub - Balakəndə

Qəzalar 20 Fevral 2018 11:19 Oxunub 657
İki piyada avtomobillə vurulub - Balakəndə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Fevralın 19-u saat 23.00 radələrində Balakəndə rayonun Talalar kənd sakini Tural Əliyev idarə etdiyi  “VAZ 21015” markalı minik avtomobili ilə yolu keçmək istəyən rayonun Tülü kənd sakinləri, 1968-ci il təvəllüdlü Rəfail Şamil oğlu İsayevi və 1989-cu il təvəllüdlü Rəşad Xəlil oğlu Haqverdiyevi vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. MRX-dan APA-ya verilən məlumata görə, onların müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. R. İsayev və R. Haqverdiyevin dayı-bibi uşaqları olduğu bildirilir.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh