Talıb Tale maşınını əzdi, rəngini dəyişdi - FOTO

Avtosfer Foto 20 Fevral 2018 13:57 Oxunub 5450
Talıb Tale maşınını əzdi, rəngini dəyişdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Deyirdilər ki, o maşını götürmə, o qədər göz var ki…"

Sonuncu “Maşın şou”nun qalibi Talıb Tale avtomobili ilə qəza keçirib. Bunu Lent.az-a açıqlamasında ifaçının özü bildirib. O qeyd edib ki, qəza bir müddət öncə olub: “Əmimlə rayondan gəlirdik. Maşını da əmim idarə edirdi. Qarşımıza çaqqal çıxdı, vurduq. Amma çaqqal ölmədi, maşın cüzi əzildi. Mənə deyirdilər ki, o maşını götürmə, o qədər göz var ki… Mən də elə şeylərə inanmıram. Maşını qazanandan sonra hamısı avtomobildən əlini üzdü. İnanmıram ki, gözləri qalsın”.

Talıb onu da əlavə edib ki, qəzadan bir müddət sonra maşının rəngini də dəyişdirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh