Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

Avtobazar 20 Fevral 2018 14:31 Oxunub 2279
Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Siyahıda olan maşınlardan 13-ü 2009-cu ildə istehsal olunub

Türkmənistanın dövlət birjasının saytında prezident aparatının 25 zirehli “Mercedes-Maybach S600L” satışa çıxardığı haqqında məlumat yayılıb. Oxu.az “CA-News”a istinadən xəbər verir ki, maşınların qiyməti buraxılış ilindən asılı olacaq.  Belə ki, normalda 1995-ci ilin “Mercedes”ləri 25 min manatdan yuxarı, 2009-cu il istehsalı olan “Mercedes”ləri isə 75 mindən yuxarı qiymətə satılır. Məlumata görə, siyahıda olan maşınlardan 13-ü 2009-cu ildə istehsal olunub.

“Xronika Turkmenistana” yazır ki, bu avtomobillərdən yalnız ölkəyə digər dövlət başçıları rəsmi səfər edən zaman istifadə olunur.

Qalan vaxtlarda ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov şəxsən özünün idarə etdiyi digər avtomobillərə üstünlük verdiyini bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh