Məmura məxsus AA serialı "Mercedes" qəza şəraiti yaratdı - VİDEO
Avtoreyd 20 Fevral 2018 15:04 1122 dəfə oxunub
Məmura məxsus AA serialı "Mercedes" qəza şəraiti yaratdı - VİDEO
10-AA-128 nömrə nişanlı avtomobil yol qaydalarını kobud şəkildə pozub

Bu gün səhər saat 08:25 radələrində 10-AA-128 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil Bakının Vaqif prospektindən Ceyhunbəy Hacıbəyli istiqamətində hərəkət edərkən yol qaydalarını kobud şəkildə pozaraq, qəza şəraiti yaradıb. Məmurlarından birinə məxsus olan sözügedən avtomobilin sürücüsü işıqforın qırmızı işığında gözləyən digər avtomobillərin əksi istiqamətində hərəkət edərək, kobud qayda pozuntusuna yol verib.

Sözügedən avtomobilin sürücüsü qaydanı pozan zaman ərazidə Yol Polisi əməkdaşları da xidmət aparıb. Avtomobilin qayda pozuntusu ərazidə quraşdırılan kameralara da düşüb. olke.az

Qeyd edək ki, bu xətaya görə həmin avtomobilin sürücüsünü 100 manat 4 bal cərimə gözləyir.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh