Şəhid qızının ölüm işi: Qəzanı önləmək olardımı?

Qaydalar 20 Fevral 2018 15:36 Oxunub 1474
Şəhid qızının ölüm işi: Qəzanı önləmək olardımı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəhim Rəhimovun hadisənin qarşısını almaq imkanının olub-olmadığına təkrar qiymət verilsin

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. B gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin müdafiəçilərinin təkrar avto-ekspertiza keçirilməsi barədə vəsatəti müzakirə edilib. Vəsatətdə qeyd edilib ki, qəza zamanı hava şəraitini nəzərə alaraq Rəhim Rəhimovun hadisənin qarşısını almaq imkanının olub-olmadığına təkrar qiymət verilsin.

Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra sənədlərin tədqiqi mərhələsi başlayıb. Növbəti proses martın 27-də davam edəcək.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb. Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.

Əlavə edək ki, bu cinayət işinin ibtidai istintaqını aparan Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov vəzifəsindən kənarlaşdırılıb. Məlum olub ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı Rəhim Rəhimovun yox, onların ailə sürücüsü olan Əmrulla Şahbazovun törətdiyi göstərilib.

 

Teleqraf.com 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh