"Protiv" gedən "Mercedes"in hansı məmura məxsus olduğu bilindi - VİDEO

Qaydalar 20 Fevral 2018 23:25 Oxunub 4659
"Protiv" gedən "Mercedes"in hansı məmura məxsus olduğu bilindi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
10-AA-128 nömrə nişanlı maşın qarşı yola çıxaraq "protiv" gedib

Bu gün 10-AA-128 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil Bakının Vaqif prospektindən Ceyhunbəy Hacıbəyli istiqamətində hərəkət edərkən yol qaydalarını kobud şəkildə pozaraq, qəza şəraiti yaradıb. Məmurlarından birinə məxsus olan sözügedən avtomobilin sürücüsü işıqforın qırmızı işığında gözləyən digər avtomobillərin əksi istiqamətində hərəkət edərək, kobud qayda pozuntusuna yol verib. Bu barədə hüquqşünas Ələsgər Məmmədli şəxsi ''facebook'' profilində yazıb. ''Bakıda milyondan çox maşın var. Hər kəs səhər bir yerlərə tələsir. Lakin bu, heç kimə əsas vermir ki, başqalarının həyatını risqə ataraq nəqliyyat canavarlığı eləsin. Videoda gördüyünüz 10 AA 128 dövlət nömrə nişanlı avtomobil bu gün səhərsaat 08-26 da Vaqif prospektindən Ceyhunbəy Hacıbəyli istiqamətinə işıqforda gözləyərkən əks istiqamətdə hərəkət edərək yanımdan yol qovşağına girdi. Mən bunu qeydə almağımın səbəbi hər səhər məhz mən burada gözləyərkən AA seriyalı avtomobillərin sistemli şəkildə qaydaları pozaraq əks yola girmələri və qəza şəraiti yaratmalarıdır. Görüntünü paylaşmağımın səbəbi bu avtomobilin sürücüsünə cərimə yazılıb-yazılmamasını sorğulamaq istəyimdir. Ümid edirəm sosial medianın ictimai əhəmiyyət daşıyan plotforma olduğunu nəzərə alan DYP rəsmiləri bizi informasiya ilə təmin edəcək və bu sürücünün kimliyini və ona tətbiq olunan protokolun surətini bizimlə paylaşacaq. Çünki, həmin yol ayrıcında rəsmi kameralar var''.

 Criminal.az-ın əldə etdiyi məlumata görə, qaydanı pozan ''Mercedes'' ölkənin hərbi prokuroru Xanlar Vəliyevə məxsus xidməti avtomobildir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh