Həkim xəstəni əməliyyat otağından qovdu – FOTO

Gündəm 7 May 2014 14:43 Oxunub 1563
Həkim xəstəni əməliyyat otağından qovdu – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkiyədə qəribə bir hadisə baş verib

Türkiyədə qəribə bir hadisə baş verib. ANS press-in məlumatına görə, Adana şəhərində bir qadın şiddətli qarın ağrısı ilə xəstəxanaya gətirilib. Xəstəxanada edilən müayinə nəticəsində xəstəyə apendisit diaqnozu qoyulub. Daha sonra isə əməliyyat üçün saxlanılıb. Bir müddət sonra isə qadın əməliyyat üçün həkim tərəfindən əməliyyat otağına gətirilib. Ancaq xəstənin yoldaşının həkimə sərt sözləri vəziyyəti bir az gərginləşdirib: "Bu saata qədər niyə əməliyyat etmədiniz? yoldaşım burada səhərdən bəri pərişan olub",- deyə xəstənin yoldaşı qışqırıb. Bu sözlərdən sonra isə həkim əsəbləşərək xəstəni və yoldaşını xəstəxanandan qovub: "Sən mənə bağıra bilməzsən. Səsini yüksəldərək xəstəxanada qışqırma. Əməliyyat etmirəm, get harada əməliyyat etdirirsən etdir".

 

Daha sonra isə xəstə qadın əməliyyat paltarlarıyla xəstəxanadan çölə çıxarılıb. Xəstə yaxınları vəziyyətdən çıxış yolu kimi təcili yardım istəyib ancaq xəstəxana onu da verməkdən imtina edib. Xəstə sahibləri məcburən yaxınlıqdakı digər tibb ocağına getməyə məcbur olublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh