DYP İsmayıllıda məktəbliləri maarifləndirdi - VIDEO

Avtosfer TV 21 Fevral 2018 09:40 Oxunub 1439
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məsuliyyətsiz hərəkət qəzaların baş verməsinə səbəb olur

Baş Dövlət Yol Polis İdarəsi tərəfindən məktəblərdə yol hərəkəti təhlükəsizliyi qaydaları, məktəblililərin bu barədə maarifləndirilməsi istiqamətində tədbirlər davam edir. İsmayıllı şəhər 5 saylı orta məktəbdə baş tutan tədbirdə müəllimlər, valideyinlər, məktəblilər iştirak ediblər. 

Tədbirdə çıxış edən Baş Dövlət Yol Polis İdarəsinin 4-cü tağımının komandiri, polis kapitanı Ağasəlim Nağıyev bildirib ki, bu gün əsas məsələlərdən biri də yol kənarında yerləşən məktəblərdə şagirdlərin təhlükəsizliyinin təmin edilməsidir. “Bəzi halarda piyada vurulmaları, xüsusilə azyaşlıların xəsarət alması və ölümü ilə nəticələnən qəzalar baş verir. Buna sürücülərlə yanaşı piyadalar da səbəb olur. Bəzən yol hərəkəti təhlükəsizliyi qaydalarını bilməmək, həmçinin piyada keşidlərindən istifadə edilməməsi, qaranlıq vaxtə yolu düzgün keçməmə halları və s. acı nəticələrə gətirib çıxarır.”

Tağım komandiri bildirib ki, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi öz bəhrəsini verir. “Ötən illərə nisbətən qəzalar, xüsusilə piyadavurmalarda azalma müşahidə edilib. Lakin təəssüflər olsun ki, bir çox hallarda istər sürücülər, istərsə də piyadaların məsuliyyətsiz hərəkəti bu qəzaların baş verməsinə səbəb olur. Lakin biz çalışırıq ki, bunu minumuma endirək.”

Tədbirdə çıxış edənlər mövcud problemlər, piyada keçidlərində rənglərin pozulması, bir sıra ərazilərdə yenilərinin qoyulması və s. təkliflərlə çıxış ediblər. Eyni zamanda məktəblilər onları maraqlandıran sualları ünvanlayıblar.

Tədbir yol hərəkəti təhlükəsizliyi barədə müxtəlif müzakirələrə davam edib.

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh