Məcburi köçkünə məxsus avtomobil oğurlanıb - FOTO

Xəbərlər 22 Fevral 2018 01:29 Oxunub 1617
Məcburi köçkünə məxsus avtomobil oğurlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil "Qarabağ" su kanalından aşkarlanıb

Ağcabədi rayonunda avtomobil oğurluğu olub. Avtosfer.az-ın "Reprot"a istinadən məlumatına görə, rayonun 556 nömrəli köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış Ağdam rayon sakini Sədi İbrahimova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb.  O, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verib. Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan avtomobil Beyləqan rayonu ərazisindən keçən "Qarabağ" su kanalından aşkarlanıb. Hadisəni törədən şəxslər hələlik müəyyən edilməyib. Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh