10 min il işləyəcək saatın inşasına başlanılıb - VİDEO

Maraqlı 22 Fevral 2018 01:59 Oxunub 1324
10 min il işləyəcək saatın inşasına başlanılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saat günorta ilə sinxronlaşdırılmış gündüz və gecə temperatur dövrələri vasitəsilə işə salınır

“Amazon” internet şirkətinin təsisçisi Ceff Bezos insan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki saatın inşasına başlayıb. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, bu barədə “Twitter” səhifəsində məlumat verən şirkət yaradıcısı qurğunun montajını əks etdirən video yerləşdirib. Sahibkarın sözlərinə görə, hündürlüyü 152,4 metr təşkil edən və bütün hissələri mexaniki olan saat günorta ilə sinxronlaşdırılmış gündüz və gecə temperatur dövrələri vasitəsilə işə salınır. Uzunmüddətli düşüncə simvolu – “10000YearClock” saatı Denni Hillis, Zander Rouz və mütəxəssislər qrupu tərəfindən yığılır.

Məlumata görə, C.Bezos layihəyə 42 milyon dollar xərcləyib. Saat Qərbi Texasda ucqar dağda inşa olunur. 2011-ci ildə iş adamı saat barədə belə deyib: “On min il ərzində ABŞ Yer üzündən silinəcək. Bütöv sivilizasiyalar inkişaf edəcək və tənəzzülə uğrayacaq. Yeni idarəetmə sistemləri icad olunacaq. Siz, o cümlədən, heç kim dünyanı təsəvvür edə bilmir. Lakin biz bütün bunları saatın köməyi ilə keçməyə çalışacağıq”.

Qurğunun quraşdırılmasının nə vaxt başa çatacağı barədə məlumat verilmir. Onun tam hazır olandan sonra istifadəyə verilməsi planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh