Videosu yayılan AA nömrəli avtomobilin sürücüsü cərimələndi - VİDEO

Xəbərlər 22 Fevral 2018 02:01 Oxunub 5532
Videosu yayılan AA nömrəli avtomobilin sürücüsü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilin sahibi yol polisinin hərəkəti tənzimləməsinə kobud maneçilik törədib

Fevralın 19-da Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində işıqfor işləmədiyi üçün ərazidə yol polisi əməkdaşı xidmət aparıb və hərəkəti tənzimləyib. Bu zaman “Toyota” markalı, 90-AA-479 qeydiyyat nişanlı avtomobilin sahibi yol polisinin hərəkəti tənzimləməsinə kobud maneçilik törədib. Bu barədə Avtosfer.az-a şahidlər məlumat verib. Bildiriblər ki, bütün maşınlar eyni qaydada “Stop” xəttində yol polisinin əmrinə uyğun olaraq gözlədiyi halda 90-AA-479 nömrəli avtomobilin sürücüsü maşını düz piyada zolağının üstündə saxlamaqla yanaşı aradabir siqnal verib ona mane olub. Digər sürücülər onun bu hərəkətlərini ədəbsizlik kimi qəbul etdikləri üçün görüntüləri Avtosfer.az-a göndəriblər və həmin sürücünün ictimai qınağa, eləcə də inzibati məsuliyyətə cəlb olunmasını istəyiblər.

Bakı Şəhər DYP İdarəsi bunu nəzərə alaraq operativ şəkildə qeyd olunan avtomobilin sürücüsünü idarəyə dəvət edərək pozduğu qaydaya görə 40 manat cərimə edib. Həmin protokolu sizə təqdim edir və DYP İdarəsinə dərin təşəkkürümüzü bildiririk.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh