Yük və sərnişin gəmiləri toqquşdu: 2 nəfər itgin düşüb

Qəzalar 22 Fevral 2018 09:48 Oxunub 794
Yük və sərnişin gəmiləri toqquşdu: 2 nəfər itgin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin gəmisində qəza zamanı 970 nəfər olub

Cümə axşamı gecə Çinin Quandun əyaləti sahillərində yük və sərnişin gəmiləri toqquşub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Şanxayın "Penpay" informasiya portalı məlumat yayıb. Qəza nəticəsində zərbədən sonra batan yük gəmisindəki 5 nəfər suya düşüb, onlardan 3-ü xilas edilib, daha iki heyət üzvü hələ ki, itgin düşmüş hesab olunur. Haynan əyalətində qeydiyyatda olan yük gəmisi polad hissələr daşıyıb. Cüzi zədə alan sərnişin gəmisində qəza zamanı 970-dən çox sərnişin və 140 nəqliyyat vasitəsi olub. O, uğurla Çjanszyan şəhəri limanına yan alıb. Sərnişinlər arasında xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh