Maşın su kanalına düşdü - Sürücü ölüb

Qəzalar 22 Fevral 2018 10:20 Oxunub 665
Maşın su kanalına düşdü - Sürücü ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nin yerli bürosunun xəbərinə görə, hadisə fevralın 21-də axşam saatlarında Bakı-Qazax əsas magistral  yolunun Ucar rayonunun Qulabənd  kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon Qaradağlı kənd sakini Vüsal Həşimov  idarə etdiyi 61 BV 766 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində sürücü V. Həşimov  hadisə yerində ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat və Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh