Üç nəfərin öldüyü dəhşətli qəzadan görüntülər - VİDEO

Avtoreyd 1 Yanvar 2015 22:40 Oxunub 3744
Üç nəfərin öldüyü dəhşətli qəzadan görüntülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Minik avtomobili tanınmaz hala düşdü

Minik avtomobili tanınmaz hala düşüb, 3 nəfər dünyasını dəyişib. Ağır qəza Ələt-Astara magistralının Salyanın Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.Salyan sakini,25 yaşlı Orxan Nəzərov idarə etdiyi minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib və avtomobil yolun kənarına aşıb.Avtomobil bir-neçə dəfə yuvarlanaraq tanınmaz hala düşüb. Sürücü və həmyerlisi 29 yaşlı Ramin Sadıqov hadisə yerində dünyasını dəyişib. Sərnişinlər-28 yaşlı Ülvi Sadıqov və İlkin İmanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.Həkimlərin səyinə baxmayaraq İlkin İmanovun bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyəti isə normaldır. Faktla bağlı cinayət işi başlanıb,araşdırma aparılır.İlkin ehtimala görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh