Abşeronda piyadanı maşın vuraraq öldürüb - FOTO

Qəzalar 22 Fevral 2018 12:37 Oxunub 680
Abşeronda piyadanı maşın vuraraq öldürüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb. "Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Mehdiabad-Novxanı yolunda baş verib. Belə ki, sürücü, 1987-ci il təvəllüdlü Orxan Hamlet oğlu Əkbərov idarə etdiyi 50 DG 915 dövlət nömrə nişanlı avtomobillə hərkətdə olarkən yolu keçmək istəyən təxminən 35-40 yaşlarında kişini vurub. Hadisə zamanı piyada elə yerindəcə dünyasını dəyişib.Sürücü isə saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, ölən şəxsin kimliyi hələki məlum deyil.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh