Yol polisi Oğuz və Şəkidə əhali ilə görüşlər keçirdi - VIDEO

Yol polisi 22 Fevral 2018 14:46 Oxunub 2301
Yol polisi Oğuz və Şəkidə əhali ilə görüşlər keçirdi - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən illərlə nisbətə yol-nəqliyyat qəzalarının sayında azalma müşahidə edilib

Daxili İşlər Nazirliyinin təlimatına əsasən Baş Dövlət Yol Polisi İdarəsi maarifləndirmə tədbirlərini davam etdirir. Avtosfer.az xəbər verir ki, bu dəfə Oğuz rayonu Padar qəsəbəsində, eyni zamanda Şəki rayonunun Suçma və Böyük Dəhnə kəndlərində baş tutan görüşlərdə yol hərəkəti təhlükəsizliyi qaydaları barədə sakinlərə məlumat verilib. Yol Patrul Xidmətinin 5-ci tağımının ərazisində, magistral yol üzərində yerləşən məktəblərə gedən şagirdlərə, valideyinlərə təhlükəsizlik qaydaları barədə məlumat verilib. Kənd sakinlərinə mal-qaraya nəzarət etmək, sahibsiz şəkildə yola buraxmamaq tövsiyyə edilib. 

Yol Patrul Xidməti 5-ci Tağımının komandiri Əli Quliyev bildirib ki, ötən illərlə nisbətə yol-nəqliyyat qəzalarının sayında azalma müşahidə edilib. Belə ki, ümumi hadisələr 18.8 faiz, həlak olanlar 11,2 faiz, xəsarət alanlar isə 20,2 faiz azalıb.  

Tağım komandiri əlavə edib ki, xüsuən velesiped, günün qaranlıq saatlarında kənd təsərrufatı texnikasını idarə edən vətəndaşlar daha diqqətli olmalıdır. Həmçinin piyada keçidlərindən istifadə, axşam saatlarında, mal-qaranın örüşdən qayıdan vaxtında sürücülərin diqqətli olması, həmçinin sahiblərinin onlara nəzarəti gücləndirməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, YPX bu cür maarifləndirmə tədbirlərini mütamadi olaraq həyata keçirir. 

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh