Valideyn qızının görüntülərinin yayılmasına görə müəllimdən polisə şikayət edib - Bakıda

Xəbərlər 22 Fevral 2018 14:27 Oxunub 1767
Valideyn qızının görüntülərinin yayılmasına görə müəllimdən polisə şikayət edib - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis faktla bağlı araşdırmalara başlayıb

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.

Polis faktla bağlı araşdırmalara başlayıb. “Report” məktəbin direktoru Leyla Fətiyevaya açıqlama almaq üçün müraciət edib. Lakin o, bu mövzuda danışmaq istəmədiyini deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh