Abşeron və Ucarda yol qəzası 2 nəfərin həyatına son qoydu - VİDEO

Qəzalar 23 Fevral 2018 00:12 Oxunub 688
Abşeron və Ucarda yol qəzası 2 nəfərin həyatına son qoydu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisələrin birində sürücü, digərində piyada ölüb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon Qaradağlı kənd sakini Vüsal Həşimovun avtomobili idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Abşeron rayonunda isə avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Mehdiabad-Novxanı yolunda baş verib. 31 yaşlı sürücü Orxan Əkbərov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən təxminən 35-40 yaşlarında kişini vurub. Hadisə zamanı piyada elə yerində dünyasını dəyişib. Sürücü isə saxlanılaraq istintaqa cəlb olunub. Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh