Cəriməsi olan piyadaların diqqətinə! - 60 faiz artacaq

Yazarlar 23 Fevral 2018 00:59 Oxunub 1905
Cəriməsi olan piyadaların diqqətinə! - 60 faiz artacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimə 1 ay ərzində ödənilməzsə üzərinə faiz gəlir

Piyadalar tərəfindən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimə 20 manatdır. Lakin bu məbləğ vaxtında ödənilməzsə, sonradan ciddi problemlərə səbəb ola bilər. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüqeynov bildirib ki, qərar qanuni qüvvəyə mindikdən 1 ay sonra icra olunmazsa, üzərinə faiz gəlir: “Məbləğ yalnız 60 faiz artıb 32 manat ola bilər. Cərimə artdıqdan sonra yenə də icra olunmursa, İcra Haqqında Qanuna uyğun olaraq, Dövlət Yol Polisi işi icra məmurlarına yönləndirir. Düzdür, İnzibati Xətalar məcəlləsində yazılıb ki, həmin adamın işlədiyi iş yerə, pensiyaçıdırsa, pensiya verən orqana, tələbədirsə, təqaüd aldığı yerə göndərilir. Amma məhkəmə qərarı olmadan bu proses həyata keçirilə bilməz. Ona görə də, proses icra məmurlarına yönləndirilməlidir. İcra məmurları həmin şəxsləri çağırıb xəbərdarlıq edirlər. Bu zaman həmin şəxsin hesabından pul varsa, tutula, əmlakı siyahıya alına bilər. Amma məbləğ az olduğundan çox vaxt bu proseslər həyata keçirilmir. Qanunu pozan şəxs xəbərdarlıqdan dərhal sonra cəriməsini ödəyir”.

Qeyd edək ki, cərimə ödənilmədiyi təqdirdə həmin şəxsin ölkədən çıxışına qadağa qoyulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh