Təyyarələrdə mobil xidmətlərin dayandırılma səbəbi - BUDUR

Maraqlı 23 Fevral 2018 08:48 Oxunub 1514
Təyyarələrdə mobil xidmətlərin dayandırılma səbəbi - BUDUR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qurğuların siqnalı o qədər güclüdür ki, bütün Binə qəsəbəsinin ərazisini əhatə edir

Azərbaycanın mobil operatorları tərəfindən təyyarələrdə xidmətlərin göstərilməsinin dayandırılmasına səbəb Binə qəsəbəsində yaşayan abunəçilərin SIM kartlarının təyyarələrin göyərtəsindəki şəbəkə qurğularına avtomatik qoşulması problemi ilə bağlıdır. Avtosfer.az xəbər verir ki, bunu “Trend”ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib. Məlumatda qeyd olunur ki, bu problemlə əlaqədar olaraq hava limanı yaxınlığında yaşayan abunəçilər zəngləri göyərtədəki qurğulara uyğun olaraq yüksək rouminq tarifləri ilə edirdilər: “Göyərtə qurğularının siqnalı o qədər güclüdür ki, bütün Binə qəsəbəsinin ərazisini əhatə edir. Ona görə də sakinlər tez-tez operatorlara şikayət edirdi. Bunları nəzərə alaraq, təyyarədə mobil xidmətlərin göstərilməsi dayandırılıb".

Qeyd edək ki, bundan əvvəl yerli mobil operatorlar 30 aviaşirkətə məxsus təyyarələrdə xidmət göstərirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh