Avtomobil gənc oğlanı vuraraq öldürüb - Sumqayıtda

Qəzalar 23 Fevral 2018 09:53 Oxunub 741
Avtomobil gənc oğlanı vuraraq öldürüb - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Sumqayıt şəhərində avtomobil gənc oğlanı vuraraq öldürüb. "Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib. Belə ki, şəhər sakini, 1994-cü il təvəllüdlü Məmməd Xəqani oğlu Balayevi "Opel" markalı avtomobil vurub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra sürücü saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh