İki yük avtomobili toqquşub, yanğın baş verib - Siyəzəndə

Qəzalar 23 Fevral 2018 10:20 Oxunub 602
İki yük avtomobili toqquşub, yanğın baş verib - Siyəzəndə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb

Siyəzən rayonunun Zarat kəndində "Volvo" və "Mercedes" markalı iki yük avtomobili toqquşub.

FHN-dən Avtosfer.az-a verilən məlumata görə, nəticədə yanğın baş verib.

Yanğın nəticəsində “Volvo” markalı yük avtomobilinin kabinəsi, qoşqusunun bir hissəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

ŞƏRH YAZ
Ad

E-mail

Şərh