İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Gündəm 23 Fevral 2018 11:09 Oxunub 697
İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gülşad Məmmədova: “Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq”

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”. Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, fevral ayının 24-25-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Lakin, səhər saatlarında bəzi dağlıq ərazilərdə çiskin olacağı ehtimalı var, ayrı-ayrı yerlərdə duman olacaq”. G.Məmmədova qeyd edib ki, paytaxtda növbəti iki gün ərzində yağmursuz hava şəraiti müşahidə olunacaq: “Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperatur rejimində isə mühüm bir dəyişiklik gözlənilmir. Paytaxtda 7-10, bölgələrdə 7-12, dağlarda isə 5-10 dərəcə isti olacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh