Bakının Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq

Gündəm 23 Fevral 2018 11:13 Oxunub 1576
Bakının Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur

Təmir işləri ilə əlaqədar sabahdan Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən ("Əhmədli" metro stansiyası) Babək prospektinə qədər olan istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Avtosfer.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh