40 avtomobildən ibarət karvan vurulub - VİDEO

Gündəm 23 Fevral 2018 11:33 Oxunub 774
40 avtomobildən ibarət karvan vurulub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı: Atəş nəticəsində mülki sakinlərə zərər dəyiməyib

Türkiyə ordusu Afrinə silah-sursat daşyan 30-40 avtomobildən ibarət maşın karvanını vurub. “Report” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “PKK/PYD-YPG və İŞİD terror qruplaşmalarına aid 30-40 avtomobildən ibarət karvanın Afrinin cənub-şərqindən şəhərə yaxınlaşdığı təsbit edilib. Karvan bu terrorçu qruplaşmalara silah-sursat daşıyırmış. 15 km məsafədə yerləşən karvan vurulub. Atəş nəticəsində mülki sakinlərə zərər dəyiməyib”, -deyə Baş Qərargahın açıqlmasında vurğulanıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyat nəticəsində 1873 terrorçu məhv edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh