Ağdamda taksi sürücüləri arasında dava olub - FOTO

Gündəm 23 Fevral 2018 15:33 Oxunub 1069
Ağdamda taksi sürücüləri arasında dava olub - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdamda taksi sürücüləri arasında dava olub. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. “Mercedes” markalı 02 BJ 926 nömrə nişanlı avtomobilin  sürücüsü Məhərrəmov Şahvələn “Mercedes” markalı 50 BU 029 nömrə nişanlı  avtomobilin sürücüsü Yavər Əbdülovla müştəriyə görə mübahisə edərək dalaşıb. Nəticədə Ş. Məhərrəmov yıxılaraq xəsarət alıb. O, ayaq nahiyyəsinin qırıq və çıxığı ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh