Daşkənddə metronu partlatmaq təhdidi

Gündəm 23 Fevral 2018 16:35 Oxunub 542
Daşkənddə metronu partlatmaq təhdidi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda o saxlanılıb, araşdırma davam etdirilir

Özbəkistanın paytaxtı Daşkənddə bir şəxs məlumat xidmətinə zəng vuraraq metronu partlatmaqla təhdid edib. Trend-in məlumatına görə, zəng edən şəxs adının Doniyor Xolikov olduğunu deyib və həyat yoldaşının 20 dəqiqə ərzində övladını gətirməyəcəyi təqdirdə metroda partlayış olacağını bildirib. Aparılan araşdırma nəticəsində həmin şəxsin adının həqiqətən də Doniyor Xolikov olduğu məlum olub və yaşayış yeri müəyyənləşdirilib. Hazırda o saxlanılıb, araşdırma davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh