“Bizdə benzin baha və keyfiyyətsizdir” - Deputat:

Gündəm 23 Fevral 2018 17:01 Oxunub 1279
“Bizdə benzin baha və keyfiyyətsizdir” - Deputat:
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur"

"Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir". Avtosfer.az-ın məlumatına görə, bu barədə deputat Əli Məsimli bu gün parlamentin plenar iclasında müzakirəsi zamanı bildirib. Azərbaycanda benzinin qiyməti dünya qiymətlərindən aşağıdır. Lakin dünya ilə deyil, inkişaf etmiş olkələrlə yox, Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olmasını görürük. Belə ki, Rusiyada benzinin qiyməti 26% aşağıdır, ancaq əmək haqqı 2,1 dəfə yüksədir. Qazaxıstanda isə 6% ucuzdur, lakin əmək haqqı 1,5 dəfə yüksəkdir”.

Deputat benzinin keyfiyyət məsələsinə toxunaraq qatqıların olmasını bildirib . "Qatqıların qatılması benzini 2 gün saxlayandan sonra açıq görünür. Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh