Baş Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Gündəm 23 Fevral 2018 19:10 Oxunub 625
Baş Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mövcud olan 4 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanacaq

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 124 yoldəyişən yenisi ilə əvəz olunub. Sabah Baş Mingəçevir stansiyasının tək boğazlarında mövcud olan 4 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanacaq.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirəcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh