Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir - FOTO

Gündəm 23 Fevral 2018 17:45 Oxunub 779
Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Millət vəkili Nazirlər Şurasının sədri Denis Zvizdiçlə görüşüb

Milli Məclisin deputatı Çingiz Qənizadənin Bosniya və Herseqovinada rəsmi görüşləri davam edir. Azərbaycan Bosniya və Herseqovina parlamentlərarası işçi qrupunun rəhbəri, millət vəkili Çigiz Qənizadə bu gün Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Denis Zvizdiç ilə görüşüb. Görüşdə həmçinin Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov, Parlament Jurnalistlər Birliyinin sədri, “Böyüməyən uşaqlar” kitabının müəllifi Elşad Eyvazlı, səfirliyin müşaviri Elnur Quliyev, Bosniya və Herseqovinada tərəfindən isə bu ölkənin Nazirlər Şurasının sədrinin müşavirləri və aparat rəhbərliyi iştirak ediblər.

Görüşdə Azərbaycanla Bosniya və Herseqovina arasındakı ikitərəfli əməkdaşlıq, parlamentlərarası münasibətlər, iqtisadi, siyasi əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.

Görüşdə çıxış edən millət vəkili Çingiz Qənizadə D. Zvizdiçə 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dair və Xocalı faciəsi ilə bağlı qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirib. Deputat həmçinin Bosniya və Herseqovinadan olan dostluq qrupunun üzvlərinin aprel ayının birinci yarısında Azərbaycana dəvət etdiyini qeyd edib. Görüş iştirakçıları sonda bu əlaqələrin gələcəkdə daha uğurla davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh