Ötən gün yol qəzalarında – 1 ölü, 2 yaralı

Gündəm 24 Fevral 2018 09:25 Oxunub 669
Ötən gün yol qəzalarında – 1 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 6-nın açılması təmin olunub. Axtarışda olduğuna görə 60 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh