Xosep Qvardiolanın təyyarəsində axtarış aparılıb

Gündəm 24 Fevral 2018 10:00 Oxunub 621
Xosep Qvardiolanın təyyarəsində axtarış aparılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məşqçi olduqca məyus olub

İspaniya polisi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın şəxsi təyyarəsində axtarış aparıb. Onlar Kataloniyanın keçmiş prezidenti Karles Puçdemonu axtarıblar. Belə ki, Kataloniyanın müstəqilliyini elan etdikdən sonra ölkədən qaçan Puçdemon hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Həftəsonu ailəsi ilə birlikdə Barselonaya istirahətə gələn Qvardiolanın təyyarəsində axtarış isə ispan məşqçini olduqca məyus edib. Qeyd edək ki, Qvardiola Kataloniyanın müstəqilliyini və Puçdemonu dəstəklədiyini bildirmişdi. (apasport.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh