Ağacların qanunsuz kəsilməsinə görə bir nəfər saxlanılıb

Gündəm 24 Fevral 2018 12:53 Oxunub 771
Ağacların qanunsuz kəsilməsinə görə bir nəfər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb

Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Rayonun 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ağacları qanunsuz kəsməkdə şübhəli bilinən Bakı şəhər sakini Rüfət Novruzov müəyyən edilərək saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh