Sərxoş sürücü yol polisinə «atdı» - VİDEO

Yol polisi 3 Yanvar 2015 00:55 Oxunub 2615
Sərxoş sürücü yol polisinə «atdı» - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dostlar hər dəfə pul vermədən restorandan yayınmaq üçün növbə ilə sərxoş roluna girirlər

Belə yerdə deyirlər ki, «yemədi, getdi». Avtosfer.az-ın təqdim etdiyi video görüntüdə yol polisinin necə məyus olduğunu görəcəksiz. Beləki, yol polisi restoranın önündə gözləyərkən «yoğurmadım, yapmadım, hazırca kökə tapdım» məsəlini xatırladan bir halla rastlaşıb. Restorandan çıxan dostlar içkili vəziyyətdə olan digər yoldaşlarını sükan arxasına əyləşdiriblər. Sürücü maşını işə salan kimi yol polisi onu saxlayaraq, «Siz içmisiz?”-deyə soruşub. Sürücü cavabında,  “ Mən sükan arxasındayam, elə şey olmaz. Artıq 12 ildir içki içmirəm. “ deyib.  Spirtli içki yoxlanışı edən yol polisi heç bir nəticə əldə etmədiyindən aparatın xarab olduğunu düşünüb. Sən demə, dostlar hər dəfə pul vermədən restorandan yayınmaq üçün növbə ilə sərxoş roluna girirlər.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh